İrəvan Bakının saziş layihəsi ilə bağlı son təkliflər paketinə cavab verib
04
iyn
2024
21:12
Ermənistan Azərbaycanın sülh müqaviləsi layihəsi ilə bağlı son təkliflərinə cavab verib.
"Report" xəbər verir ki, bu barədə “Armenpress”ə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.
Qeyd edilir ki, aprelin 26-da Ermənistanın Azərbaycandan sülh müqaviləsi layihəsi ilə bağlı yeni təkliflər paketi aldığı barədə məlumat yayılıb.
Bundan əvvəl aprelin 8-də İrəvan Bakının saziş layihəsi ilə bağlı 8-ci təkliflər paketinə cavab verib.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...