Ukrayna səfiri: Azərbaycan təkcə strateji tərəfdaş deyil, həm də etibarlı, mehriban dostumuzdur

03
iyn
2024
11:58
Azərbaycan Ukraynanın sadəcə strateji tərəfdaşı deyil, həm də etibarlı və mehriban dostudur.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Ukraynanın Azərbaycana yeni təyin olunmuş səfiri Yuri Qusev Bakıda keçirilən ilk mətbuat konfransında deyib.
Səfir vurğulayıb ki, Ukrayna Azərbaycanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ev sahibliyi edən ölkə kimi alqışlayır: “Azərbaycanda dünya səviyyəli belə irimiqyaslı tədbirin keçirilməsi ölkənin beynəlxalq aləmdə artan rolundan xəbər verir”.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...
