Avstraliyalı diplomat: Azərbaycanın COP29-a uğurla ev sahibliyi edəcəyinə əminik

Avstraliyalı diplomat: Azərbaycanın COP29-a uğurla ev sahibliyi edəcəyinə əminik
Siyasət 38

Avstraliyanın BMT İDÇK-dakı nümayəndə heyətinin rəhbəri Selli Boks Azərbaycanın COP29-a uğurla ev sahibliyi edəcəyinə əminliyini bildirib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Boks İttifaqın Federal Parlamentində COP29 ilə bağlı keçirilən tədbirdə çıxış edərkən söyləyib.

“Avstraliya İttifaqının Federal Parlamentində COP29 ilə bağlı keçirilən tədbirdə Avstraliyanın BMT İDÇK-dakı nümayəndə heyətinin rəhbəri Selli Boks çıxış edərək Azərbaycanın COP29-a uğurla ev sahibliyi edəcəyinə əminliyini bildirib və bu mühüm missiyada Avstraliyanın Azərbaycana dəstəyini ifadə edib”, – diplomatik missiyanın mətbuat xidməti qeyd edib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Konfransda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasını imzalamış bütün 199 ölkənin nümayəndə heyətlərinin iştirak edəcəyi gözlənilir.

Son xəbərlər