SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu millət 30 il işğal altında qalan torpağı azad edərək dünyaya özünü sübut etdi.

“Report” xəbər verir ki, bunu doğma yurduna qayıdan Füzuli sakini Ağa Abdullayev söyləyib.

Oğlu, gəlini və iki nəvəsi ilə qayıdan keçmiş məcburi köçkün məmləkətini yenidən görməyə səbirsizləndiyini deyib.

“Uzun aradan sonra yurdumun havasını udmağa, suyunu içməyə gedirəm”.

Xatırladaq ki, aprelin 26-da Füzuli şəhərinə növbəti köç karvanı yola salınacaq.

BAKU.WS