Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
Bir vaxt müharibələr üçün pul kisəsi olan Ruben Vardanyanı indi Nobel Sülh Mükafatına namizəd görürlər.
Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının hakim "Xalqın xidmətçisi" partiyasının deputatı Anatoli Kostiux parlamentin Ruben Vardanyan ilə bağlı Nobel Komitəsinə etirazını şərh edərkən deyib.
"Ukrayna da daxil olmaqla müxtəlif ölkələrə qarşı hərbi kampaniyaların maliyyələşdirildiyi mənbə - Ruben Vardanyan Nobelə namizəd göstərilir.
Çox absurddur. Xatırladım ki, Ruben Vardanyan ABŞ-nin sanksiya siyahısına daxil edilib və dəfələrlə avropalı siyasətçilər tərəfindən onun qara fəaliyyəti pislənilib", - deputat bildirib.
A.Kostiux qeyd edib ki, Vardanyan Ukraynanın “Sülhməramlı” məlumat bazasında axtarışda olan şəxsdir:
"Bilmirəm bu Komitənin səhvidir, yoxsa doğrudan da buna göz yumulur. Ona görə də həmkarlarımın buna etiraz təşəbbüsünü dəstəkləmək və Nobel Komitəsinə müraciət etmək qərarına gəldim. Bu şəxs yüksək ada təqdim olunmamalıdır".
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...