SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar İrəvanda keçirilən görüşdə Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası məsələsini müzakirə ediblər.

BAKU.WS “Oxu.Az”a istinadən xəbər verir ki, Ermənistan Nazirlər Kabinetinin Mətbuat Xidmətinin məlumatına görə, tərəflər həmçinin regional vəziyyəti, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqları nəzərdən keçiriblər.

Klaar qeyd edib ki, Aİ 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında hərtərəfli və davamlı nizamlanma məqsədi ilə Ermənistan-Azərbaycan danışıqlar prosesini tam dəstəkləyir.

BAKU.WS