SİZİN REKLAM BURADA!
055 213 76 73


  

Rusiya ordusu Suriyada hava əməliyyatlarına başlayıb.
 
BAKU.WS məlumat verir ki, bu haqda məlumatı ABŞ rəsmiləri açıqlayıb. Bildirilib ki, Rusiyanın Humus yaxınlığında ilk hava əməliyyatını reallaşdırıb. 

Rusiya xəbər agentliklərində də bu haqda məlumatlar yer alıb. İlkin məlumata görə, Rusiya Duması dövlət başçısı Vladimir Putinin Suriyada İŞİD-ə qarşı döyüşə qoşulma tələbini təsdiqləyib. Duma Rusiya Silahlı Qüvvələrinə Suriyaya daxil olmaq səlahiyyəti verib.
 
Kreml administrasiyasının rəhbəri Sergey İvanov rus əsgərlərin Suriyada keçiriləcək hava əməliyyatlarında iştirak edəcəyini açıqlayıb. İvanov açıqlamasında Suriya lideri Bəşər Əsədin Rusiyadan kömək istədiyini də bildirib:
 
"Suriya prezidentinin bizim ölkəmizin dövlət başçısına hərbi yardım edilməsini xahiş etdiyini bildirmək istəyirəm. Terrorla mübarizə aparılması üçün güclərimizi birləşdirməyimiz lazım idi. Eyni zamanda beynəlxalq qaydalara riayət edərək bunu edəcəyik" - deyə İvanov bildirib.
 
BAKU.WS