Prezident İlham Əliyev icra başçısı ilə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev icra başçısı ilə bağlı sərəncam imzaladı
Siyasət 7401

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev M.C.Əhmədzadənin 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir. 

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: 

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Mübariz Cuma oğlu Əhmədzadə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin".

Milli.Az bildirir ki, Mübariz Əhmədzadə Qax rayonunun icra başçısıdır. O, Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri Əhməd Əhmədzadənin qardaşıdır.

BAKU.WS

Oxşar xəbərlər

Prezident icra başçısı ilə bağlı sərəncam verdi

Prezident icra başçısı ilə bağlı sərəncam verdi

Prezident İlham Əliyev Qubanın icra başçısı ilə bağlı sərəncam verib. "Qafqazinfo" xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi...

3500 Siyasət 15:26 13 dekabr 2016

Son xəbərlər