SİZİN REKLAM BURADA!
055 213 76 73


Naxçıvan diyarı tarixi, mədəniyyəti, adət-ənənələri, təbii şəraiti ilə zəngindir. Ukrayna-Azərbaycan regional əməkdaşlığının inkişafı üçün yeni imkanlar yaradır.

BAKU.WS Report-a istindən xəbər verir ki, bunları Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski jurnalistlərə müsahibəsində bildirib.

“Çox şadam ki, ilin sonunda Azərbaycanda səfir kimi olmağım kontekstində xüsusi hisslər və emosiyalar bəxş edən elementləri ümumiləşdirmək imkanı var. Bir neçə ay əvvəl Naxçıvana sonuncu regional səfərim həqiqətən də xüsusi təəssürat yaratdı, çünki bu, mənim ikinci səfərim idi. Birinci səfərim Azərbaycanda fəaliyyətimə başladığım vaxt baş tutmuşdu və 4 ildən sonra, birgə hansı layihələri həyata keçirə biləcəyimizi dərk etmək və yeni mənada anlamağa imkan verən ikinci səfərim oldu. Naxçıvan diyarı tarixi, mədəniyyəti, adət-ənənələri, təbii şəraiti ilə zəngindir. Ukrayna-Azərbaycan regional əməkdaşlığının inkişafı üçün yeni imkanlar yaradır.

Bu gün, 2024-cü il ərəfəsində bütün naxçıvanlılara sülh, əmin-amanlıq, planlarının həyata keçməsini arzulayıram.

Əminəm ki, bir-birimizi təkcə birgə zövq alacağımız deyil, həm də qarşılıqlı qələbə bəxş edəcək oxşar layihələrdə yenidən görəcəyik”, - səfir qeyd edib.

BAKU.WS