SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukrayna Ali Radasının deputatı Dmitro Bilotserkovets Azərbaycana 2023-cü ildə humanitar köməyi davam etdirdiyi üçün təşəkkür edib.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, deputat bildirib ki, bu, Ukrayna üçün çox önəmlidir.

"Hər şeydən əvvəl Azərbaycan dövlətini və xalqını salamlayıram. Ukraynaya göstərdiyiniz dəstəyə görə ölkənizə təşəkkür etmək istəyirəm. Biz bunu hər zaman hiss etmişik. Bütün bunlara görə Azərbaycana minnətdarıq"- Dmitro Bilotserkovets əlavə edib.

BAKU.WS