Azərbaycanda "Probasiya fəaliyyəti haqqında" yeni qanun layihəsi hazırlanır
29
dek
2023
19:00
Azərbaycanda "Probasiya fəaliyyəti haqqında" yeni qanun layihəsi hazırlanır.
Bunu "Report"a Ədliyyə Nazirliyinin Probasiya xidmətinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Akşin Ziyadov deyib.
Xidmət rəisi bildirib ki, yeni qanun layihəsində beynəlxalq təcrübədə geniş tətbiq olunan məhkəməyədək məruzənin hazırlanması, cəza təyin edilərkən nəzərə alınan hallar barədə - təqsirləndirilən şəxsin davranışı, mənəvi-psixoloji keyfiyyəti, sosial durumu, ailə vəziyyətinə dair sənədin məhkəməyə təqdim olunması nəzərdə tutulub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mər...