Səfir: "Kəlbəcər terrorçu Melkonyanın doğum günündə işğaldan azad edilib"
25
noy
2023
18:55
Kəlbəcər terrorçu Monte Melkonyanın doğum günündə, yəni noyabrın 25-də işğaldan azad edilib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev "X" hesabında yazıb.
O qeyd edib ki, 30 il əvvəl Ermənistan Azərbaycanın Kəlbəcər rayonunu işğal edib və etnik təmizləmə aparıb:
"Kaliforniyada anadan olan terrorçu Monte Melkonyanın rəhbərlik etdiyi qrup Kəlbəcər sakinlərinə ərazini tərk etmək üçün cəmi 10 saat vaxt vermişdi. Onların çoxu qətlə yetirildi. Montenin doğum günündə, yəni noyabrın 25-də Kəlbəcər işğaldan azad edilib".
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...