Azərbaycan Ukraynaya minatəmizləmə maşını verib - FOTO
25
noy
2023
09:43
Azərbaycan Ukraynaya minatəmizləmə maşını verib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev "X" hesabında yazıb.
Səfir bildirib ki, Azərbaycan bu ilin iyununda Londonda keçirilən Ukraynanın Bərpası Konfransında vəd etdiyi humanitar minatəmizləmə maşınını Ukraynaya bağışlayıb.
Diplomat onu da əlavə edib ki, “İmprotex Industries” istehsalçı şirkətinin mütəxəssisləri onun istismarı ilə bağlı ukraynalı mütəxəssislərə təlimlərə başlayıblar.
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...