2045-ci ildən gələn adam: "Dünya ölkələri tək dövlət adı altında birləşəcək"

2045-ci ildən gələn adam: Dünya ölkələri tək dövlət adı altında birləşəcək
Siyasət 1603
Gələcəkdən gəldiyini iddia edən bir nəfər britaniyalının dedikləri yalan maşınında sınaqdan keçirilib.BAKU.WS sputnik.az-a istinadən xəbər verir ki, 2045-ci ildən gəldiyini iddia edən Adam Arkon yoxlama müddətində bir neçə qəribə iddia ilə çıxış edib.O bildirib ki, 2028-ci ilin avqustunda yadplanetlilər dünyaya gələcək, 2029-cu ildə isə insanların beyninə mikroçip yerləşdiriləcək və insanların beyin funksiyaları artacaq.Həmçinin, yadplanetlilərin varlığının 2028-ci ildən əvvəl təsbit edildiyini, yalan maşınının isə 1981-ci ildə ixtra olunduğunu bildirən adamın iddiaları maraqla qarşılanıb.Onun ən maraqlı iddialarından biri isə, 2030-cu ildə dünya ölkələrinin tək dövlət adı altında birləşəcəyi olub.Qeyd edək ki, yalan maşını da gələcəkdən gələn adamın iddialarını təsdiq edib.

Son xəbərlər