Ceyhun Bayramov Yuri Kimi Qarabağdakı lokal antiterror tədbirləri barədə məlumatlandırıb - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsini icra edən Yuri Kimlə görüşüb və onu Qarabağdakı lokal xarakterli antiterror tədbirləri barədə məlumatlandırıb.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi sosial şəbəkədə məlumat yayıb.
“BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsini icra edən Yuri Kimlə görüşüb. Regionda baş verən son hadisələr, Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni qüvvələrinin təxribatlarına cavab olaraq görülən tədbirlər müzakirə edilib”, - XİN bildirib.

Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...
