SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Noyabrın 8-də Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin əməkdaşları Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə və  görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın məzarına gül dəstələri qoyulub, xatirələri hörmət və ehtiramla yad edilib. Sonra Dənizkənarı Bulvar İdarəsinin əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər.

Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş vətəndaşlarımızın xatirəsinə ucaldılmış Şəhidlər kompleksindəki Əbədi məşəlin önünə və şəhid məzarlarına da  gül dəstələri qoyulub.

Daha sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi tərəfindən Dövlət Bayrağı Muzeyində 9 noyabr Dövlət Bayrağı Gününə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə Dənizkənarı Bulvar İdarəsinin rəisi İlqar Mustafayev, YAP Səbail rayon təşkilatının sədri, millət vəkili Şəmsəddin Hacıyev və Dövlət Bayrağı Muzeyinin direktoru Könül İmamverdiyeva çıxış etdilər. 

Tədbirdə Dövlət Bayrağı Muzeyinin dövlət rəmzlərinin təbliği istiqamətində fəaliyyətinə həsr edilmiş fotosərgi nümayiş edilmişdir. Bununla yanaşı Dənizkənarı Bulvar İdarəsinin layihəsi olan Azərbaycan bayrağına həsr edilmiş filmin təqdimatı olmuşdur. Bununla da tədbirə yekun vurulub.
 
BAKU.WS