Azərbaycan Ordusunun hərbçiləri Britaniyada təlim keçiblər - FOTO

Böyük Britaniya Azərbaycan Ordusunun hərbçiləri üçün təlim keçib.
BAKU.WS xəbər verir ki, bunu Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld tvitter hesabında yazıb.
O, qeyd edib ki, praktiki təlimlər BMT-nin nizamnaməsinə uyğun davranış qaydaları və silahlı münaqişə hüququ kimi mövzuları əhatə edib.
Diplomatın sözlərinə görə, dörd həftəlik Çoxmillətli Sülhü Dəstək Əməliyyatları Kursu martın 24-də başa çatıb.
Bu gün @wwwmodgovaz üçün təşkil olunan Çoxmillətli Sülhü Dəstək Əməliyyatları Kursu başa çatdı.
— FergusAuldFCDO (@FergusAuldFCDO) March 24, 2023
Praktiki təlimlər, BMT-nin kodeksinə uyğun davranış qaydaları və silahlı münaqişə hüququ kimi mövzuları əhatə edən 4 həftəlik təlim 🇬🇧 @BMATTCzech tərəfindən uğurla həyata keçirilib. pic.twitter.com/TErjXeFbX6
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya iş adamları ilə görüşü olub - FOTO - YENİLƏNİB
Xəbər verildiyi kimi, martın 13-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub. B...
