Prezident: “Talış kəndinə 20 ailə qayıdıb və 180-ə yaxın ailə qayıdacaq”

“Talış kəndinin yenidən qurulmasına başlanmasından hələ bir il keçməyib. Artıq Talış kəndinə 20 ailə qayıdıbdır və 180-ə yaxın ailə qayıdacaqdır”.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində xalqa müraciətində bildirib.“Bu gündən bir il keçmədən Talış kəndində 180-ə yaxın ailənin yaşayacağını deyən dövlətimizin başçısı qeyd edib ki, bu ailələr üçün bütün imkanlar yaradılıb. “Biz qurub-yaradan xalqıq. Ermənistandan fərqli olaraq, biz öz ərazimizdə qurub-yaradırıq”, - deyə Azərbaycan Prezidenti əlavə edib.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva Tərtər rayonuna səfər ediblər - YENİLƏNİB-2 - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də Tərtər rayonunun Talış kəndində görülən...
