12,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

Azərbaycan Respublikasının Fələstin Dövlətində Təmsilçilik Ofisi, İsrail Dövlətində səfirliyi açılacaq.

BAKU.WS xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.

Sərəncamlara görə, Fələstindəki Təmsilçilik Ofisi Ramallah şəhərində, İsraildəki səfirlik isə Təl-Əvivdə təsis olunacaq.

Fələstində Təmsilçilik Ofisinin və İsraildəki səfirliyin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etmək Nazirlər Kabinetinə həvalə olunur.

Azərbaycan Xarici İşlər Nazirliyi Təmsilçilik Ofisinin və səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.

BAKU.WS