Erməni diversiya qrupunun Daşkəsəndə basdırdığı minalarla bağlı araşdırma aparılır

Erməni diversiya qrupunun Daşkəsəndə basdırdığı mina zərərsizləşdirilib.
Baş Prokurorluqdan BAKU.WS-ə verilən məlumata görə, Daşkəsən rayonu Buğdadağ adlanan ərazidə 01-02 oktyabr 2022-ci il tarixlərdə erməni diversiya qruplarının yeni basdırdığı Ermənistanda istehsal edilmiş 452 ədəd “Э-001 М” tipli piyada əleyhinə mina Müdafiə Nazirliyinin mühəndis-istehkamçıları tərəfindən aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.
Həmin partlayıcı vasitələrin Vətən Müharibəsindən sonra basdırıldığı ehtimal edilir.
Faktla bağlı Azərbaycan Respublikası Hərbi Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda jurnalistlərin fəaliyyətini tənzimləyəcək yeni qanun layihəsi - TAM MƏTN
Azərbaycanda "Media haqqında" yeni qanun layihəsi hazırlanıb. Sənəd media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi infor...
