Səhiyyə Nazirliyinə yeni aparat rəhbəri təyin olunub.
BAKU.WS Unikal-a istinadla xəbər verir ki, bununla bağlı bir müddət öncə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.
Əmrə əsasən, Tural Babayev Səhiyyə Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, o bu təyinatadək nazirin müşaviri olub.
BAKU.WS