İlham Əliyevin Konyaya səfəri Türkiyə mediası tərəfindən geniş işıqlandırılıb - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə avqustun 9-da Konya şəhərinə işgüzar səfəri qardaş ölkənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
BAKU.WS AZƏRTAC-a istinadla xəbər verir ki, “Anadolu” və İHA xəbər agentlikləri, “TRT Haber”, “Haber Türk”, Haber Global” telekanalları, “Sabah”, “Yeni şafak” və digər qəzetlər daxil olmaqla çox sayda media qurumları dövlətimizin başçısına göstərilən ali qonaqpərvərliyə, Azərbaycan və Türkiyə Prezidentlərinin ikitərəfli görüşlərinə, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təntənəli açılışı olan V İslam Həmrəyliyi Oyunlarını izləmələrinə və səfər barədə digər mövzulara aid geniş məlumatlar yayıblar.
Xəbərlərdə həmçinin diqqətə çatdırılır ki, IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi edən Azərbaycanın peşəkar idmançıları budəfəki yarışlarda da böyük məharətlə çıxış edəcəklər.
Qalereya
Oxşar xəbərlər
Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunan beynəlxalq konfrans keçirildi
İyunun 15-də Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə Şuşa şəhərində “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh...
