Türkiyə Prezidenti Azərbaycanın Britaniyadakı səfirliyinə hücumu pisləyib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün əvvəl Londonda Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə baş vermiş hücumu pisləyib.
BAKU.WS xəbər verir ki, o, bunu Rusiyadan səfərdən qayıtdıqdan sonra jurnalistlərə açıqlamasında deyib.
"Azərbaycanın Londondakı səfirliyinə hücumu qəbulolunmaz hesab edirk. Bu hadisənin ciddi və ətraflı şəkildə araşdırılaraq təqsirkarların layiqli cəzalarını alacağına ümid edirik", - Türkiyə prezidenti deyib.
Xatırladaq ki, 4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. London polisi hadisə ilə əlaqədar 8 nəfəri saxlayıb.
Oxşar xəbərlər
İlham Əliyev və Ərdoğan Rize-Artvin hava limanının açılışında iştirak ediblər - YENİLƏNİB - FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə mayın 14-də qardaş ölkəyə işgüzar səfərə...
