VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

Rəsmi Vaşinqton münaqişə tərəflərini Qarabağda gərginliyi aradan qaldırmağa və zorakılığın dayandırılmasına çağırıb.
 
BAKU.WS-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi deyib. 
 
"Bizim əldə etdiyimiz səhih məlumatlara görə, Ermənistan və Azərbaycan minaatanlardan və digər ağır silahlardan istifadə edir. Nəticədə, bu, mülki əhali arasında insan ölümünə səbəb olub və kəndlərə ziyan dəyib. Biz, mülki əhaliyə istiqamətlənmiş istənilən hərbi əməliyyatları pisləyirik", - deyə Kirbi əlavə edib.
 
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ermənistan və Azərbaycan prezidentlərinə Qarabağ münaqişəsinin həllinin Dövlət Departamenti və ATƏT-in Minsk qrupu ilə sıx əməkdaşlıq nəticəsində reallaşacağı ilə bağlı öhdəliklərini xatırladıb.
 
BAKU.WS