14 nəfəri xilas edən azərbaycanlı onun üçün yığılan pulu internat məktəbinə bağışlayıb - FOTO
28
yan
2024
15:15
Yanvarın 17-də Novosibirsk (Rusiya) şəhərində 14 nəfəri xilas edən Rza Rzayev sakinlərin ona minnətdarlıq əlaməti olaraq topladıqları 71524 rubl (təxminən 1380 manat) vəsaiti sağlamlıq imkanları məhdud uşaqların ehtiyacları üçün bağışlamaq qərarına gəlib.
Məlumata görə o, pulu internat məktəbinə ianə edib.
“Mən həmişə fürsət düşən kimi vətənimə gedirəm. Amma məndə həmişə sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəbinə kömək etmək istəyi olub, ona görə də bütün bu pulu onlara köçürmək qərarına gəldim”, - deyə həmyerlimiz “Novosibirsk Onlayn”a bildirib.//Oxu.az
Qalereya
Oxşar xəbərlər
Müharibənin 1-ci ili: İşğal olunmuş Ukrayna əraziləri, itirilən Rusiya hərbçiləri... - FOTO
Bu gün Rusiya-Ukrayna müharibəsinin başlamasından 1 il keçir. BAKU.WS xəbər verir ki, ötən ilin fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin müraciətində Ukr...