VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

  

Prezident İlham Əliyev Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. 
 
BAKU.WS-in məlumatına görə, başsağlığı məktubunda deyilir:

"Əziz Qardaşım,

Hakkari vilayətinin Dağlıca bölgəsində törədilmiş terror aktı nəticəsində çoxsaylı türk hərbçilərinin şəhid olması və yaralanması xəbəri məni son dərəcə kədərləndirdi.

Türkiyə xalqı əmin ola bilər ki, bu terror hadisələrini törədənlər heç vaxt öz çirkin məqsədlərinə çata bilməyəcəklər.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

Allah rəhmət eləsin!"
 
Qeyd edək ki, Türkiyə ordusu ötən gün terrorçulara qarşı əməliyyatlarda 21 şəhid verib.