İlham Əliyev Rusiyanın Elmlər Akademiyasının prezidentini qəbul edib

Prezident İlham Əliyev Rusiyanın Elmlər Akademiyasının prezidenti Aleksandr Sergeyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
BAKU.WS xəbər verir ki, görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub və əlaqələrimizin inkişafında humanitar sferada, o cümlədən elmi sahədə əməkdaşlığın rolu vurğulanıb. Bu sahədə əməkdaşlığımızın zəngin tarixə malik olduğu bildirilib və müasir dövrdə bu əməkdaşlığın daha da möhkəmləndirilməsinin önəminə toxunulub. Rusiya Elmlər Akademiyasının prezidenti Aleksandr Sergeyevin səfərinin elmi əməkdaşlıq sahəsində əlaqələrin perspektivlərinin müzakirəsinə və daha da genişləndirilməsinə töhfə verəcəyi qeyd edilib.
Aleksandr Sergeyev Rusiya Elmlər Akademiyasının xatirə medalını prezident İlham Əliyevə təqdim edib.
Oxşar xəbərlər
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşdü - YENİLƏNİB - VİDEO
Yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyy...
