VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Azərbaycana dəstəyini heç zaman əsirgəməyəcək və hər zaman qardaş Azərbaycanın yanında olmağa davam edəcək.

BAKU.WS Trend-ə istinadən bildirir ki, bunu TurkicWorld-a Türkiyə Prezident Administrasiyasından (PA) bildiriblər.

PA-dan qeyd olunub ki, eyni zamanda Azərbaycan da Türkiyəyə ən çətin günlərində dəstək olub:

"Azərbaycan-Türkiyə münasibətləri sadəcə bu iki ölkənin deyil, bütün bölgənin rifahına xidmət edir".

Qeyd olunub ki, iki qardaş dövlət arasında bütün sahələrdə əməkdaşlıq davam edir və bundan sonra da davam edəcək.

Bakının Qafqaz İslam Ordusu tərəfindən azad olunmasının 103-cü ildönümünə münasibətilə isə Türkiyə PA-dan bildirilib ki, bu şanlı zəfər tarixinin bir hissəsi olub və hər zaman yaddaşlarda qalacaq.

BAKU.WS