VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Parlament seçkilərinə bir neçə gün qalmış Ermənistan bir sıra “orijinal” anti-Paşinyan videoları (ehtimal ki, Robert Koçaryanın tərəfdarları tərəfindən düşünülmüş) ilə təəccübləndirib.

Kadrlarda Ermənistan vətəndaşları gözlənildiyi kimi keçmiş prezidentin partiyasına səs verməyə təşviq edilmir; Koçaryanın qərargahı onun populyarlığının səviyyəsinin çox yüksək olmadığını yaxşı bilir. Rolikdə Paşinyana səs verilməməyə çağırılır, əgər seçilərsə, guya Ermənistan azərbaycanlıların əlinə keçəcək.

Azərbaycanlıları gözdən salmaq, anti-Azərbaycan hissləri ilə oynamaq üçün hazırlanan videoların müəllifləri bir daha qonşularımızın ruhi sağlamlığı barədə bizi düşündürməyə vadar edir.

Bu kadrları və Ermənistandakı anti-Azərbaycan düşüncələrini Caliber.Az-a şərh edən psixiatr Azad İsazadə qeyd edib ki, erməni cəmiyyətinin bir hissəsi indi revanşist hisslərə qapıldığı üçün həqiqətən xəstədir.

Ermənistan xalqı bizi “erməni soyqırımı” törətdiyi iddia edilən türklərlə əlaqələndirdiyi üçün hər zaman azərbaycanlılara qarşı aqressiv əhvalda olublar”, - deyə psixiatr vurğulayıb.

“Ermənistan Azərbaycan Respublikasının ərazilərini işğal etdikdən sonra, erməni cəmiyyəti bu torpaqların əbədi olaraq özlərində qalacağını ümid edərək bir qədər sakitləşdi. 44 günlük Vətən müharibəsi hadisələrin axarını dəyişdirdi və Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Bundan sonra cəmiyyətin bir hissəsi revanşist düşüncələrlə bağlı xəyala qapıldılar”, - deyə o, bildirdi.

Psixiatrın sözlərinə görə, müharibədən sonra Ermənistan baş naziri vəzifəsini yerinə yetirən Nikol Paşinyanın çoxminli mitinqlər keçirməyə davam etdiyini nəzərə alsaq, bu, Ermənistan cəmiyyətinin bir hissəsinin müharibədən bezdiyini və nəticələrini qəbul etməyə hazır olduğunu təsdiqləyir.

“Adi insanlar səviyyəsində erməni əhalisi müharibənin yenidən başlamasından çox iqtisadi rifaha ehtiyac duyur. Söhbət Paşinyanın seçicilərindən gedir, bu isə əhalinin 30% -dən çoxunu təşkil edir. Yeri gəlmişkən, Baş nazir vəzifəsini icra edən Paşinyan da artıq mövcud reallığı qəbul edib və istənilən sazişə razı olmağa hazırdır”, - deyə ekspert qeyd edib.

Azad İsazadə əlavə edib ki, Ermənistanın keçmiş prezidenti Robert Koçaryan cəmiyyətdə müharibə istəməyən, azərbaycanlılarla sülh və harmoniyada yaşamağa hazır olan hissəsini qorxutmağa çalışır.

“Bu yolla onlar göstərmək istəyirlər ki, Paşinyan hakimiyyətdə qalarsa, Ermənistan da Azərbaycanın tərkibinə keçəcək. Onlar azərbaycanofobiya üzərində oyun quraraq Paşinyanın elektoratını almağa çalışırlar. Bu, çox təhlükəli bir tendensiyadır. Revanşist fikirlərlə yaşayan insanlar kateqoriyası arasında gələcəkdə sakitləşməyəcək terrorçular və ya ekstremistlər ola bilər. Ancaq erməni cəmiyyəti artıq anlamalıdır - bu ölkədə kimin hakimiyyətə gəlməyindən asılı olmyaraq, revanşist, millətçi və ya ekstremist olsalar belə, heç nəyi dəyişdirə bilməyəcəklər. Bəli, müharibə yenidən başlaya bilər. Amma o zaman Ermənistan daha da itirəcək. Axı Azərbaycan artıq razılığa gəlməyəcək, məsələni hərbi yolla birdəfəlik həll edəcəyik. Beləliklə, Ermənistan nəhayət bir dövlət olaraq varlığını itirə bilər”, - deyə ekspert sözlərini yekunlaşdırıb.

BAKU.WS