12 "Qremmi" mükafatı almış musiqiçi vəfat etdi - FOTO
03
mar
2023
15:38
Məşhur saksofonçu və caz musiqiçisi Ueyn Şorter 89 yaşında vəfat edib.
BAKU.WS-in məlumatına görə, bu barədə "The Sun" sənətçinin nümayəndəsinə istinadən xəbər verir.
Şorter Los-Ancelesdə (Kaliforniya) xəstəxanada vəfat edib.
Sənətçinin ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, o, 1950-ci illərin sonlarında "Art Blakey's Jazz Messengers" qrupunun üzvü və əsas bəstəkarı kimi məşhurlaşıb. Şorter karyerası ərzində 23 "Qremmi" mükafatına namizəd olub. Son olaraq saksofonçu 2023-cü ildə 12-ci dəfə "Qremmi" mükafatının qalibi olub.
Qalereya
Oxşar xəbərlər
Los-Ancelesdə yeni toqquşmalar, “Trump” otelinin yanında atışma olub - VİDEO
ABŞ-da baş verən toqquşmalar yalnız paytaxt Vaşinqtonu əhatə etməyib. BAKU.WS “Report”a istinadən xəbər verir ki, Birləşmiş Ştatların hazırkı prezidenti Donald...