SİZİN REKLAM BURADA!
055 213 76 73


Daxili İşlər Nazirliyi (DİN) işğaldan azad olunmuş ərazilərə getməməklə bağlı növbəti dəfə vətəndaşlara xəbərdarlıq edib.

Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumatda bildirilib ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq icazə olmadan nəzarət postlarından kənar yollarla həmin ərazilərə keçmək istəyənlər olur.

Qeyd edilib ki, vətəndaşlardan təhlükənin mövcudluğunu nəzərə alaraq müvafiq icazə olmadan, işğaldan azad olunmuş ərazilər minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənənədək həmin bölgələrə səfər etməmələri xahiş olunur.

BAKU.WS