MSK-nın yeni tərkibinin müəyyənləşəcəyi vaxt bəlli oldu

Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibinin Milli Məclisdə müzakirə olunaraq müəyyənləşdiriləcəyi vaxt müəyyənləşib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, məsələ parlamentin gələn həftə keçiriləcək plenar iclasında müzakirə olunacaq. Həmin iclasın tarixi hələ dəqiqləşməyib.
Qeyd edək ki, MSK üzvlərinin səlahiyyət müddəti bu ay bitdiyindən Komissiya yenidən formalaşdırılacaq.
MSK üzvləri ənənəvi qaydada 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək.
Oxşar xəbərlər
MSK yenidən formalaşdırılacaq
Milli Məclisin yeni tərkibinin seçilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyası da yenidən formalaşdırılacaq. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu tələb...