13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Bu gün Azərbaycan prezidenti İlham Əliyev Ermənistan prezidenti Serj Sarkisyanla görüşəcək.
 
BAKU.WS-in məlumatına görə, prezidentlərin görüşü Avstriyanın paytaxtı Vyanada keçiriləcək. Bu görüş "Dördgünlük müharibə"dən sonrakı ilk görüş olduğu üçün daha böyük əhəmiyyət kəsb edir.
 
Danışıqlarda vasitəçi qismində ATƏT-in Minsk qrupunun həmsədr ölkələri - Rusiya, ABŞ və Fransanın xarici siyasət idarələrinin rəhbərləri çıxış edəcəklər. 
 
Xatırladaq ki, Ermənistan və Azərbaycan prezidentlərinin sonuncu görüşü 2015-ci ilin dekabrın 19-da İsveçrə Konfederasiyasının paytaxtı Berndə keçirilib. Görüş nəticəsiz başa çatıb.
 
BAKU.WS