SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

Bu gün Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin ildönümüdür.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/112554

Ölkə üzrə kişilər üçün pensiya yaşı 65, qadınlar üçün isə 62 yaş müəyyən edilib. Vətəndaşın topladığı sığorta kapitalı 12 il müddətinə bölünərək ona geri qaytarılır. Bəzi vətəndaşlar isə 12 ildən artıqdır ki, pensiya alırlar.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/video/112559

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/112563

Birinci vitse-prezident Mehriban Əliyeva özünün “Instagram” hesabında Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı paylaşım edib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/112568

Prezident İlham Əliyev Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı paylaşım edib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/112569

XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 29-cu ildönümü ilə əlaqədar fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faciə qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət ediblər.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/112575

Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirir.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/112577

Azərbaycanın Gədəbəy rayonunun Saratovka kəndində insanlığa sığmayan vəhşilik qeydə alınıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/112578

"Bu gün Ermənistan elə bir ağır durumdadır ki, orada gedən proseslər ölkənin dövlətçilik əsaslarını böyük dərəcədə sarsıdır. Bunun günahkarları Ermənistanın əvvəlki və indiki rəhbərləridir".

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/112582

"Mən də istəyirəm ki, qısa müddət ərzində insanların işğaldan azad olunan torpaqlara qayıdışına nail olaq. Amma bunun üçün kompleks tədbirlər görülməlidir".

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/112592

"Mən tam əminəm ki, Qarabağın bu gün sülhməramlı missiyanın nəzarətində olan torpaqlarına da azərbaycanlılar qayıtmalıdır və qayıdacaqlar".

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/112594

“29 il əvvəl Xocalıda vəhşicəsinə qətl edilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirik”.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/dunya/112602

Dini mərasimlər və toyların bərpası ilə bağlı müvafiq addımlar atılacaq.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/112607

Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında iranlı jurnalistin terrorçularla bağlı sualına sərt reaksiya verib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/video/112606

Azərbaycanda bu gün koronavirus infeksiyasına 219 yeni yoluxma faktı qeydə alınıb, 180 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/112618

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov karantin rejiminin yenidən sərtləşdirilməsi ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/112620

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/112624

Xocalı soyqırımında qətlə yetirilən insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/112625

BAKU.WS