Ərdoğandan Xocalı soyqırımı paylaşımı

“29 il əvvəl Xocalıda vəhşicəsinə qətl edilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirik”.
BAKU.WS xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Twitter” hesabında paylaşım edib.
“İllər keçsə də, kədərini unutmayacağımız, hüznünü təkrar-təkrar yaşayacağımız Xocalı qətliamının 29-cu ildönümündə qadın, uşaq, yaşlı fərqi qoymadan amansızca qətlə yetirilən 613 azərbaycanlı qardaşımızı rəhmətlə yad edir, dost, və qardaş Azərbaycan xalqına başsağlığı verirəm. Bir millət, iki dövlətik... Türkiyə olaraq, haqlı mübarizəsində Azərbaycanın yanında olmağa davam edəcəyik”, - qardaş ölkənin dövlət başçısı vurğulayıb.
Oxşar xəbərlər
Xocalı soyqırımı Türkiyə Böyük Millət Məclisində anıldı - VİDEO
Xocalı soyqırımının 29-cu ildönümü münasibəti ilə Türkiyə Böyük Millət Məclisində sərgi təşkil edilib. BAKU.WS “Haber Global”a istinadla məlumat verir ki, anım...
