SİZİN REKLAM BURADA!
055 213 76 73


"Mən də istəyirəm ki, qısa müddət ərzində insanların işğaldan azad olunan torpaqlara qayıdışına nail olaq. Amma bunun üçün kompleks tədbirlər görülməlidir".

BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı keçirilən mətbuat konfransı zamanı bildirib.

“O ki qaldı böyük şəhərlərə qayıdışa, əlbəttə ki, şəhərlərin baş planları tərtib edilməlidir. Məsələn, Ağdam şəhəri. Müharibədən əvvəl orada 40 minə yaxın insan yaşayırdı. İndi əhalinin sayı artıb və sayları 50 mindən çox olub. İndi biz 50 min, bəlkə də, 70 minlik şəhər planlaşdırmalıyıq, infrastruktur salınmalıdır, binalar, məktəblər, xəstəxanlar inşa olunmalıdır, yəni bu, böyük bir zaman tələb edir. Əsas bizim yarışacağımız tərəf müqabili zamandır. Mən hansısa tarix vermək istəməzdim. Halbuki mənim ağlımda tarixlər var ki, vaxtından əvvəl insanları həm sevindirməyim, həm də bəzilərini, bəlkə, həyəcanlandırmayım. Amma inanın ki, maksimum qısa müddətdə mərhələli yollarla biz insanlarımızı o bölgələrə qaytaracağıq”, - deyə Azərbaycan dövlət başçısı əlavə edib.  

BAKU.WS