SİZİN REKLAM BURADA!
055 213 76 73


"Bu gün Ermənistan elə bir ağır durumdadır ki, orada gedən proseslər ölkənin dövlətçilik əsaslarını böyük dərəcədə sarsıdır. Bunun günahkarları Ermənistanın əvvəlki və indiki rəhbərləridir".

BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı keçirilən mətbuat konfransı zamanı bildirib.

“Çünki 20 il ərzində Koçaryan-Sarkisyan xuntası Ermənistanı faktiki olaraq uçuruma aparırdı və böhranlı vəziyyətə gətirib çıxardı. Ölkə, demək olar ki, bütövlükdə müstəqillik əlamətlərini itirmişdi, daha çox müstəmləkəyə bənzəyirdi. Bunun da əsas səbəbi işğalçılıq siyasətidir. Çünki nə qədər onlar bizim torpaqlarımızı işğal altında saxlamaq istəyirdilərsə, o qədər də özləri asılı vəziyyətə düşürdülər.

Ermənistanı biz ardıcıl olaraq bütün beynəlxalq, regional layihələrdən təcrid etmişdik. Ermənistanı iqtisadi cəhətdən sarsıtmaq, çökdürmək, təcrid etmək bizim siyasətimiz idi və mən bunu heç vaxt gizlətmirdim. Açıq şəkildə dəfələrlə deyirdim ki, biz bu siyasəti o vaxta qədər aparacağıq ki, torpaqlarımız işğal altındadır.

Ermənistan öz silahlı qüvvələrini bizim torpaqlarımızdan çıxartsın, ondan sonra bölgədə iş birliyi də ola bilər, əməkdaşlıq da və bizim siyasətimizdə dəyişiklik ola bilər. Əfsuslar olsun ki, nə əvvəlki xunta rejimi, nə də ki 2018-ci ildə hakimiyyətə gəlmiş hökumət bizim bu çağırışlara qulaq asmadı. Əgər vaxtında qulaq assaydılar, indi belə rəzil duruma düşməzdilər”, - deyə Azərbaycan dövlət başçısı əlavə edib.  

BAKU.WS