VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də paytaxtın Nizami rayonunun 8-ci Kilometr qəsəbəsindəki Heydər bağında yaradılan şəraitlə tanış olub.

BAKU.WS-in məlumatına görə, Prezidentə bildirilib ki, bu istirahət guşəsi 1997-ci ilin mayında ulu öndər Heydər Əliyevin iştirakı ilə açılıb. Ümummilli Lider burada daş palıd da əkib. Heydər bağında həyata keçirilən yenidənqurma tədbirləri zamanı əlavə yaşıllaşdırma işləri görülüb, yeni skamyalar və işıqlandırma sistemi qurulub. Ərazisi 5 hektardan çox olan bağın yenidən qurulmasında yüksək keyfiyyətli tikinti materiallarından istifadə edilib, sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb.

Görülən işlərlə yaxından tanış olan dövlətimizin başçısı müvafiq tapşırıq və tövsiyələrini verdi.
 
BAKU.WS