11 sentyabrı əvvəlcədən bilən alim: “Dünya liderinə dronla sui-qəsd ediləcək”
15
iyl
2019
22:19
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Avstraliyada anadan olan alim, doktor Riçard Deyvid Heyms növbəti 3 il ərzində məşhur bir siyasi liderə qarşı dron vasitəsilə sui-qəsd təşkil ediləcəyini bildirib.BAKU.WS Ölkə.az-a istinadən xəbər verir ki, Riçard 1998-ci ildə qaçırılan təyyarələrlə Nyu-Yorkdakı Ticarət mərkəzinə hücum, 2005-ci ildə də 2008-ci il qlobal böhranı ilə bağlı məlumatı əvvəlcədən xəbər verməsi ilə tanınır.Ötən il Venesuela lideri Nikolas Maduronu öldürmək üçün bombalı iki dronun uğursuz cəhdini xatırladan Heyms bildirib ki, ABŞ-dakı "DARPA" kimi mərkəzlərdə sürü halında hərəkət edən dron texnologiyaları üzərində iş gedir. Doktor qeyd edib ki, mobil telefondan istifadə edənləri dünyanın hər yerində izləmək mümkündür. Süni intellekt ilə hərəkət edən dronlar isə uçaraq hədəfi müəyyən edə bilirlər.Xüsusən də ABŞ-İran arasındakı problemləri, bəzi dünya liderləri arasındakı çəkişmələri, İsrail-Fələstin münaqişəsini nəzərə alsaq, yaxınlarda bu tip sui-qəsdlərin şahidi olacağıq. Orta Şərq bunun üçün hazırdır. 2022-ci ildən əvvəl dron texnologiyası ilə məşhur bir dünya liderinə qarşı ediləcək sui-qəsd beynəlxalq reaksiyalara səbəb olacaq."Tramp 2020-ci ildəki seçkilərdə qalib gələcək. Seçildikdən sonra isə yeni bir qlobal maliyyə böhranı başlayacaq", - deyə Heyms bildirib.
Oxşar xəbərlər
Huawei Mate 20 Pro – Bir telefondan daha üstün
Mobil telefonlar artıq həyatımızın ayrılmaz hissəsidir. Hazırki şəraitdə mobil telefon adi bir kommunikasiya vasitəsi deyildir və daha üstün xüsusiyyətlərə sahi...