Prezident İlham Əliyev Ukrayna Prezidentinə başsağlığı verib

23
yan
2021
17:30
Prezident İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskiyə başsağlığı verib.
BAKU.WS xəbər verir ki, dövlət başçısı Xarkov şəhərindəki ahıllar evində baş vermiş yanğın nəticəsində insan tələfatı xəbərinin onu olduqca kədərləndirdiyini bildirib.
Azərbaycan Prezidenti bu faciə ilə əlaqədar Ukrayna Prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Ukrayna xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını diləyib.
Oxşar xəbərlər
Bir qrup hərbu qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...