Azərbaycanda iki hərbi prokurorluq işçisi işdən çıxarılıb - RƏSMİ

2020-ci ildə hərbi prokurorluqda xidməti fəaliyyətində yol verdikləri nöqsanlara və pozuntulara görə 19 hərbi prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub.
Bu barədə bu gün Hərbi Prokurorluqda 2020-ci ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti, bununla əlaqədar Respublika Hərbi Prokurorluğunun struktur qurumlarında və ərazi hərbi prokurorluqlarında keçirilmiş əməliyyat müşavirələrinin nəticələri və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclasında bildirilib.
Bildirilib ki, onlardan biri prokurorluq orqanlarından xaric edilib, bir nəfər aşağı vəzifəyə keçirilib, iki nəfər vəzifədən azad olunub, dörd nəfərə şiddətli töhmət, 11 nəfərə isə töhmət verilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib - VİDEO (YENİLƏNİB)
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının y...