Şevçenko 6 tərəfli formatın perspektivindən danışdı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Düşünürəm ki, 6 tərəfli format regional əməkdaşlığın perspektivli inkişaf istiqamətidir. Burada müəyyən məqamlar var. İstənilən ölkədə daxili ziddiyyətlər və münaqişələr mövcuddur. Bu cür inkişafa mane olan qüvvələr var".
BAKU.WS xəbər verir ki, bu sözləri rusiyalı siyasətçi, televizya aparıcısı və ictimai xadim Maksim Şevçenko İctimai Televiziyaya müsahibəsi zamanı deyib.
O əlavə edib ki, ölkə nə qədər böyük və mürəkkəbdirsə, münaqişələr o qədər aşkar olur: "Bunlar Türkiyədə də var. Xatırladım ki, bir neçə il əvvəl prezident Rəcəb Tayyip Ərdoğanın qətlə yetirilməsi və hakimiyyətdən uzaqlaşdırılması məqsədilə sui-qəsd həyata keçirilmişdi. Təkcə prezidenti dəstəkləmiş türk xalqının iradəsi ilə yaranmış vəziyyət ona ölümdən qurtulmağa imkan verdi.
Deməli, Türkiyədə vətəndaş müharibəsini alovlandırmaq istəyən qüvvələr var. Bu gün isə Türkiyədə Rusiya ilə yaxınlaşma və dialoqa qarşı çıxış edən qüvvələr var. Onlar Türkiyəni Qərbin bir hissəsi kimi görürlər. Rusiyada "Rusiya Qərbin hissəsidir" deyən qüvvələr daha da nüfuzludur. Mən heç zaman hesab etməmişəm ki, Rusiya Avropadır. Bu konsepsiyaya qarşı aktiv çıxış etmişəm.
Avropalılar müstəmləkəçidirlər və bütün dünyaya öz həyat və istehlak mənbəyi kimi baxırlar. Onlar üçün Rusiya müstəqil tarixi layihənin yaranmalı olmadığı ərazidir".
Oxşar xəbərlər
İlham Əliyev Türkiyənin “Haber Türk” telekanalına müsahibə verib - YENİLƏNİB - VİDEO
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibə verib. Oktyabrın...