VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Azərbaycan və Ermənistan suveren dövlətlər olaraq xarici siyasət tərəfdaşlarının kim olacağına dair qərarı özləri verir. Bu onların hüququdur”.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Bakıda keçirdiyi mətbuat konfransında deyib.

“Türkiyə bu bölgədə real faktordur, özü də təkcə bu regionda yox. Türkiyə bizim bir çox istiqamətdə tərəfdaşımızdır. Ona görə, siyasət sənəti ondan ibarətdir ki, hər hansı bir təşəbbüs təşviq edilərkən, müəyyən bir bölgədəki vəziyyətə həqiqətən təsir edən bütün amillər nəzərə alınmalıdır”, - o bildirib.

Nazir həmçinin, Rusiyanın qurumlararası nümayəndə heyətinin Yerevana və Bakıya səfərinin nəticələri barədə prezident Vladimir Putinə məlumat veriləcəyini də bildirdi.

“Danışıqların nəticələrini çox müsbət hesab edirik. Bu da prezidentə (Vladimir Putin - Red) qurumlararası nümayəndə heyətinin Ermənistan və Azərbaycana səfəri barədə verilən təlimatın yerinə yetirildiyini bildirməyə imkan verəcək”

BAKU.WS