“Rusiya bundan sonra Dağlıq Qarabağda qan tökülməsinə imkan verməmək niyyətindədir”.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu İrəvanda Ermənistan baş naziri Nikol Paşinyan və müdafiə naziri Vaqarşak Aratyunyanla görüşündə bildirib.

“Ümid edirəm ki, bundan sonra Qarabağda dinc həyat qurmaq üçün çox iş var və bizim tərəfimizdən təbii ki, əsas vəzifə qan tökülməsinə imkan verməməkdir. Böyük bir planla gəlmişik, həyata keçirəcəyimizə ümid edirik", - deyə Rusiya müdafiə naziri vurğulayıb.

Qeyd edək ki, Rusiyanın bir neçə nazirindən ibarət nümayəndə heyəti Ermənistanda səfərdədir.

BAKU.WS