SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisinin yaşadığı kəndləri hədəfə almaqda davam edir.

BAKU.WS "report"a istindən xəbər verir ki, ermənilər Goranboy rayonunun dinc sakinlərin yaşadığı Meşəli kəndinə raket atıb.

Atılan raket qadağan olunmuş silahların siyahısında olan kaset başlıqlı sursatdır.

Hazırda Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi çevik əməliyyat qrupu əraziyə gəlib və kəndə atılan 300 mm-lik 9M525 tipli raketə yerləşdirilmiş 4 ədəd 9N235 bombacıq aşkar edilib.

BAKU.WS