İmran Xan: “Ərazi bütövlüyünü qoruyan Azərbaycan ordusuna sayğı duyuruq”

18
okt
2020
11:43
Pakistanın baş naziri İmran Xan Azərbaycanı 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib.
BAKU.WS “Report”a istinadla xəbər verir ki, bu barədə ölkənin baş naziri tvitterdə paylaşım edib.
“Müstəqillik günündə İlham Əliyev və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Biz ərazi bütövlüyünü mərdliklə qoruyan Azərbaycan Silahlı Qüvvələrinə sayğı duyuruq.
Pakistan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə uyğun olaraq nizamlanmasında Azərbaycanla həmrəydir”, - o yazıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib - VİDEO (YENİLƏNİB)
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının y...
