VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Ordusunun əks-hücum əməliyyatları və cəbhənin müxtəlif istiqamətlərində əldə edilən uğurlardan məyus olan işğalçı və təcavüzkar ermənilər təxribatlardan əl çəkmirlər.

BAKU.WS xəbər verir ki, növbəti təxribat xarakterli məlumatlar yayılıb. Guya ermənilər Azərbaycan ərazisinə keçiblər.

Saxta məlumatlara əsasən, guya Saatlı rayonunda 2 erməni yaxalanıb. Bundan əlavə, yalandan informasiya verilib ki, Tərtərdə də 2 erməni vətəndaşlar tərəfindən ifşa olunub. Təxribat xarakterli məlumatlarda bildirilir ki, ərazimizə soxulan ermənilər Azərbaycan dilində səlis danışırlar.

Bu tipli xəbərlər sosial şəbəkələrdə yayılıb və çox təəssüf ki, bəzi azərbaycanlı izləyicilər həmin təxribat xarakterli yalan informasiyalara inanıblar. Bir daha oxucularımızdan xahiş edirik ki, bu tipli yalan xəbərlərə inanmayın, saxta məlumatların yayılmasına imkan verməyin!

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də bir neçə gün bundan öncə öləmizdə müxtəlif yollarla, sosial şəbəkələr vasitəsilə yalan və təxribat xarakterli məlumatların yayılması ilə bağlı əhaliyə müraciət etmişdi.

Müraciətdə deyilir ki, düşmən bu dəfə vətəndaşlarımızın mobil və stasionar telefonlarına saxta nömrələrdən din xadimləri adından Azərbaycan dilində səs yazıları göndərərək çağırışlar edir. Cəbhədə məğlub olan və geri çəkilmək məcburiyyətində qalan Ermənistanın məqsədi təxribat xarakterli dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaqdır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bir daha vətəndaşlardan xahiş edir ki, tanımadığı nömrələrdən gələn zəng və mesajlara cavab verməsinlər, həmin nömrələri bloklasınlar, mesajları spam olaraq şikayət etsinlər.

Həmçinin vətəndaşlar hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda www.cert.az saytı və ya [email protected] e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər.

BAKU.WS