1 003 Xocalı əsirini ermənilərdən xilas edən Allahverdi Bağırovun ailəsi DANIŞDI
Yeniliklərdən dərhal xəbərdar olun
20 noyabr Ağdam Şəhəri Günüdür. Ağdam deyəndə ilk yada düşən şəxsiyyətlərdən biri də Milli Qəhrəman Allahverdi Bağırovdur.
O Allahverdi Bağırov ki, 3 gün ərzində 1 003 Xocalı əsirini ermənilərdən xilas edib.
Milli Qəhrəmanın həyat yoldaşı Validə Bağırova deyir ki, 1988-ci ildən ermənilərin torpaqlarımıza hücuma başlaması Allahverdi Bağırovu narahat edirdi:
"O döyüşə gedəndə xəbər vermirdi. Gedəndən sonra eşidirdik ki, döyüşlərdədir. Həvəslə gedib-gəlirdi. Qız-gəlinləri, qocaları, cavanları əsirlikdən azad edəndə çox sevinirdi. Deyirdi ki, nə yaxşı gətirə bildim onları. İndi artıq Ağdama sevinə-sevinə gedib-gəlirik. Dağılsa da, ev-eşik olmasa da, torpaqlarımızı ziyarət edirik".
Vətən müharibəsində Ağdamla birlikdə Milli Qəhrəmanın da məzarı əsirlikdən azad edilir. Bu gün işğaldan azad olunan digər şəhər və kəndlərimiz kimi, Ağdamda da bərpa-yenidənqurma işləri aparılır. Günü-gündən abadlaşan şəhər özünün əzəli sakinlərinin - ağdamlıların yolunu gözləyir.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Leyla və Arzu Əliyevalar "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Çinin ölkəmizdəki səfiri Lu Men ilə birlikdə "Tut Əlimdən" U...