"Zığ" indi Vaşinqtondadır: Dünya Bankı ilk dəfə azərbaycanlı rəssamın əsərlərini aldı
24
okt
2024
12:44
Dünya Bankı ilk dəfə azərbaycanlı rəssamın əsərlərini alıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Vaşinqtonda (ABŞ) yerləşən beynəlxalq maliyyə təşkilatı Azərbaycanın Əməkdar rəssamı Eldar Qurbanovun iki əsərini - "Zığ" (80X100) və "Reyn çayının sahilləri" (97X97) tablolarını alıb.
Əsərlər Vaşinqtona rulon şəklində göndərilib. Çərçivəyə çəkilmə və haşiyələmə işləri alıcılar tərəfindən həyata keçirilib.
Tablolar Dünya Bankının direktorunun kabinetinin girişində yerləşdirilib.
Oxşar xəbərlər
Səhnəmizin Məcnunu Mənsum İbrahimovun 66 yaşı tamam olur
Bu gün Xalq artisti, xanəndə Mənsum İbrahimovun doğum günüdür. Onun 66 yaşı tamam olur. Səhnəmizin Məcnunu, Mənsum İbrahimov 1960-cı il oktyabrın 1-də Ağdam ra...