Xalq rəssamı Ağaəli İbrahimovun 80 yaşı tamam olur
Bu gün Xalq rəssamı Ağaəli İbrahimovun doğum günüdür. Onun 80 yaşı tamam olur.
Ağaəli Müsəllim oğlu İbrahimov 1946-cı ilin bu günü, yəni fevralın 6-da Bakıda doğulub.
Orta məktəbi bitirdikdən sonra 1960-1966-cı ildən Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1969-1974-cü illərdə isə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb.
1966-cı ildən ümumrespublika və beynəlxalq sərgilərdə iştirak edib. Onun əsərləri Rusiya, Türkiyə, ABŞ, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya, Suriya, Bolqarıstan və digər ölkələrdə nümayiş olunub.
Ağaəli İbrahimov 1975-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 30 may 2002-ci ildə "Əməkdar incəsənət xadimi", 29 dekabr 2006-cı ildə isə "Xalq rəssamı" fəxri adlarına layiq görülüb.
O aktrisa Naina İbrahimovanın atası, rəssam Nadejda İbrahimovanın həyat yoldaşıdır. Ağaəli İbrahimov Azərbaycan Rəssamlar İttifaqının katibidir.
O bir sıra ekran işlərində də rol alıb. "Məhəbbətin hökmü" (film, 1998), "Sifarişçi" (film, 2000), "Sonuncu dərviş" (film, 2009) kimi filmlərdə çəkilib.
Oxşar xəbərlər
Xalq artisti Firəngiz Şərifovanın anadan olmasından 102 il ötür
Bu gün Xalq Artisti Firəngiz Abbasmirzə qızı Şərifovanın doğum günüdür. Onun anadan olmasından 102 il ötür. Firəngiz Abbasmirzə qızı Şərifova 1924-cü il fevral...